Türkiyə Kubokunda 1/4 finala Trabzonda start verilib.

Yerli komanda “Antalyaspor”la üz-üzə gəlib. Çempionatın lideri olan meydan sahibləri kubok yarişında da azarkeşlərini sevindiriblər. 12-ci dəqiqəde Edin Vişça Trabzon klubunun ilk qolunu vurub. Fasiləyə minimal hesablı üstünluklə yollanan “Qara dəniz fırtınası”  2-ci hissədə daha bir qol vurub. Berat Ayberk Özdemir qarşılaşmada son nöqtəni qoyub - 2:0. Beləliklə “Trabzonspor” finala vəsiqə qazanıb.